İnteraktiv Məsləhət Mərkəzi artıq xidmətinizdə
0
550

Maslahat.az – İnteraktiv Məsləhət Mərkəzi 2020-ci ilin may ayının 15-dən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi yaratdığı İnteraktiv Məsləhət Mərkəzinə məxsusdur.

İnteraktiv Məsləhət Mərkəzinin əsas məqsədi pandemiya və postpandemiya dönəmində vətəndaşlara pulsuz psixoloji yardım etmək, onların motivasiyasının yüksək olmasına çalışmaq, fərdi inkişaflarında rol oynamaqdır.

Bu səbəbdən də, fəaliyyətini aşağıdakı istiqamətlərdə qurmuşdur:

– Yeni növ koronavirus (Kovid-19) haqqında cəmiyyəti məlumatlandırmaq;

– Əhalinin evdə qalan hissəsi üçün online tibbi sağlamlıq barədə məlumatlar və psixoloji məsləhətlər vermək;

– Müxtəlif mövzularda geniş auditoriyadan ibarət videokonfranslar təşkil etmək.

– İnsanlarda ruh yüksəkliyini artırmaq məqsədi ilə müxtəlif virtual proqramlar həyata keçirmək və sosial şəbəkələr üzərindən bunların yayımı.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*