“Qorxaqlıq sevgisizlikdən doğur”
0
1978

“Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil”.

 

“Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə”.

 

“Həm də xoşbəxt olan ağıllı adamlarla çox az rastlaşdım”.

 

“Nə qədər qaçılmaz və ədalətli olsa da hər müharibə həmişə cinayətdir”.

 

“Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın”.

 

“İnsanların çoxu heç vaxt bir-birini dinləmir”.

 

“İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər”.

 

“Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən”.

 

“Dünyada ən iyrənc söz “pensiya” sözüdür”.

 

“İnsanlar yaşlandıqca ağıllanmırlar. Onlar sadəcə daha ehtiyatlı olurlar”.

 

“Bilgi və alimliyini gözə soxanların nə erudisiyası var, nə də alimliyi”.

 

“Bir yerdən başqa yerə köçsəniz də yenə özünüzdən qaça bilməyəcəksiniz”.

 

“Nəyisə yalnız həzz naminə edirsinizsə, deməli, daha yaşamırsınız”.

 

“İki nəfər bir-birini sevirsə, bunun axırı yaxşı ola bilməz”.

 

“Dünyada yatmaq üçün nə qədər desən, qadın var, amma dərdləşmək üçün tək-tük”.

 

“Hansı düşüncədən canınızı qurtarmaq istəyirsinizsə, onu yazıya köçürün”.

 

“Adama güvənməyin ən yaxşı yolu elə ona güvənməkdir”.

 

“İstənilən qorxaqlıq sevgisizlikdən doğur”.

 

“Dostoyevskidə inandıqlarını da taparsan, inanmadıqlarını da. Amma elə doğru şeylər var ki, oxuduqca özünün necə dəyişdiyini hiss edirsən”.

 

“Bütün sentimental insanlar çox qəddardır”.

 

“Gerçəkdən igid insanların duelə çıxmalarına gərək qalmaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır”.

 

“Bir şey xətrinizə toxunursa, deməli, hər şeyə biganə deyilsiniz”.

 

“Dünyanın ən yaxşı adamları gözəlliyi duymağı, riskə getməyi bacarır, doğrunu deməyə özündə güc tapırlar. Bu müsbət keyfiyyətlər onları çox kövrəkləşdirdiyindən ən yaxşı adamlar çox vaxt içəridən dağılır”.

 

“Hamımız sındırılmışıq. Elə bu üzdən də sınıq yerlərimiz o birilərindən çox dözümlüdür”.

 

“Uğurun çox sadə sirri var: heç vaxt ruhdan düşməyin. Heç vaxt adam içində ruhdan düşməyin”.

Ernest Heminquey

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*