Motivasiya — (motive-oyatmaq,həvəs) problemi beyin fəaliyyətinin fundamental məsələlərinin həllində,xüsusilə ali sinir proseslərinin öyrənilməsində mühüm rol oynayır.
Motivləşdirmə – anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış müxtəlif cür ifadə edilir; zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar. Lakin “motivləşdirmə” latın sözü olub “sövqetmə”, “oyatmaq” mənası verir.
Motivasiya; insan münasibətlərinə istiqamət verən ən önəmli faktorlardan biridir. Formasından asılı olmayaraq bütün müəssisələr, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir. İşdən asılı olmayaraq nəticə etibarı ilə istənilən məqsəd işin heyata keçirilməsdir. XX əsrin ortalarına qədər motivasiya ancaq psixoloqları sahələrindən birinə cevrilmişdir.Canlı aləmin davranışını müşahidə edən hər kəs şübhəsiz ki,insanın və heyanın xarici mühitdə müəyyən obyekti axtarmasına rast gəlmişdir.
Motivasiyanın növləri
Bioloji motivasiya – fərdin növünü və cinsini saxlamaq ücün bioloji tələbatın ödənilməsidir. Bunlara aclıq, susuzluq, qorxu, aqressiya, cinsi həvəs, valideyn, xüsusilə analıq həvəsi, temperatur və başqa oyanmalar aid edilir.Bu qrupa yaxın motivasiyaları birləşdirən sidik ixracı və defekasiya aktlarını da aid etmək olar.Göstərilən bu motivasiyalar, anadan gəlmə olmaqla, irsi mexanizmlər əsasında formalaşır. Biolojı motivasiyalar inkişafın müxtəlif dövrlərində secici və ardıcıl olaraq yaranır.Yəni ibtidai heyvanlar dünyaya gələrkən aclıq, susuzluq və qorxu motivasiyalarının mexanizmləri artıq yaranmış olur. Sonralar aqressiya, cinsi və valideyn motivasiyaları əmələ gəlir.Biolojı motivasiyaların başlıca amilləri maddələr mübadiləsinin normal gedişini müəyyən edən əsas göstəricilərin, məsələn, qanda qida və mineral maddələrin, hormonların səviyyəsi, cinsi hüceyrələrin vəziyyəti, osmotik təzyiq və s. dəyişilməsi ilə əlaqədar olan daxili mühit qıcıqlandırıcılarıdır.Onlar müxtəlif bioloji motivasiyaların əmələ gəlməsini müəyyən edən bu və ya digər homeostatik göstəricilərin kəskin dəyişilməsi ilə orqanizmin daxili təlabatını təşkil edir. Bununla yanaşı bioloji motivasiyalar acici və “azadedici”(Releasing) mühit faktorları adlanan xüsusi xarici stimullara,məsələn, görmə, cinsi, qida və s kimi qiciqlandırıcılarla tənzimlənə bilər. Xarici qiciqlandırıcılarla əmələ gətirilən motivasiyaların da əsasında anadangəlmə, irsi daxili mexanizmlər durur. Adrenalin və noradrenalin təsirindən aqressiya əmələ gətirməklə sinir mərkəzlərinin müəyyən dəyişikliyinə səbəb olur. Cinsiyyət hormonlarının sinir hüceyrələrinə təsirindən ikl növbədə cinsi reaksiyalar baş verir.
Sosial motivasiya – fərdin yaşayış şəraiti,valideynlərlə və digər canlı aləmlə təmasdan yaranan anadangəlmə biloji motivasya əsasında qurulur.Onların formalaşmasında xarıcı mühitin müxtəlif faktorlarının təsiri, təlim və yaddaş mexanizmləri əhəmiyyətli yer tutur. Bütün bu faktorlar sosial-bioloji motivasiyanınəsasında duran şəraiti kəskin dəyişdirir.Fiziloji müşahidələr göstərir ki,daxili metabolik eytiyac hər şeydən əvvəl,müəyyən orqanların fəaliyyətində və qanın tərkibindəki dəyişikliklərdə öz əksini tapır.Biloji ehtiyac haqqında hakim sinir və humoral siqnallar baş beynin xüsusi zonalarına gəlir. Belə zonalar, əasa etibarı ilə hipotalamusda müəyyən edilmişdir. Hipotalamus neyronlarının başlıca xüsusiyyəti onların kapillyarlar və spesifik metabolik proseslərlə sıx funksional əlaqədə olmasıdır. Cünki, hipotalamusun hər qrup neyronu öz normal metabolizmində müəyyən humoral faktorlardan istifadə edir və onların miqdarı dəyişilərkən oyanma vəziyyətinə düşür. Beləliklə, hipotalamusun neyronları müəyyən daxili ehtiyacın resepsiyası xüsusiyyətinə malikdir. Spesifik metabolizmin və hipotalamusun müxtəlif şöbələrinin iştirakı sayəsində motivasiya mərkəzləri təşkil olunur.Hipotalamik motivasion mərkəzlər beynin başqa şöbələri, ilk növbədə, limbiq və retikulyar törəmələrlə,buradan isə baş beynin yarimkürələri qabığı ilə əlaqə yaradır. Tox heyvanın lateral hipotalamusun qıcıqlandırılması beynin limbiq sistemini(Hipokamp, badamabənzər nüvələr) fəallaşdırır. Bununla əlaqədar olaraq yavaş tezlikli yüksək amplitudlu elektrik fəallığı ya yüksək tezlikli kicik amplitudlu fəallıqla (desinxronizasiya reaksiyası), ya da nizamlı teta dalğalarla əvəz olunur. Baş-beynin qabığı və qabıqaltı törəmələr arasındakı qarşılıqlı əlaqələr motivasiya zamanı mürəkkəb olur.
Nəzəriyyələr
Teylorun nəzəriyyəsi ilk motivasiya nəzəriyyələrindən biridir. Onun əsas ideası iqtisadi üsullarla və həvəsləndirməklə məhsuldarlığın artırılmasına nail olmaqdır. Fərdi işçiyə yönəlmiş maddi həvəsləndirmə bu sistemin əsasını təşkil edir. Bu nəzəriyyəni hətta iqtisadi insan nəzəriyyələridə adlandırırlar. Teylorun fikrinə görə idarəetmədə əsas qrup yox, insandır. O insanı tapşırıqları icraedən amil kimi təsəvvür edir və əməyin sərt bölünməsini təklif edir.
Cəfərov Faiq İnsan və heyvan fizilogiyası. Bakı-2001.II cild.