“Narsist” insanlarla necə davranmaq lazımdır?
0
1986

“Narsizm”- bu ifrat dərəcədə özünəvurğunluğu ifadə edən xarakter əlamətidir.

Narsizm termini adətən şöhrətpərəstlik, özü haqqında yüksək fikirdə olma, eqoizm və ya sadəcə özünəvurğunluğun mənfi çalarlarını ifadə etmək üçün istifadə olunur.

Narsist insanlara qarşı necə davranmaq olar? 

Türkiyəli klinik psixoloq Merve İlikçi İygün narsist şəxsiyyət pozqunluğu olan insanlarla necə davranılacağı haqda maraqlı açıqlama verib.

Narsist təşxisi qoyulanların 70 faizdən çoxu kişilərdir. Bu yetkinliyin erkən dövrlərində başlayır, müxtəlif şəraitlərdə özünü böyük aparmaq və bəyənilmə ehtiyacı ilə irəliləyir. Narsisizm iki istiqamətlidir. Bir istiqaməti həddindən artıq əsəbi, yüksək səsli, empatiya qura bilməyən; digər istiqaməti isə yumşaq tərəfdir. Bu istiqamətdə həddindən artıq həssaslıq, müdafiəçilik və narahatlıq hissləri yer alır. Ortaq xüsusiyyətlərində isə qısqanclıq, öz ehtiyaclarını həmişə gözə soxmaq və başqalarına əhəmiyyət verməməkdir.

Narsist şəxsiyyət pozqunluğunun əlamətləri:

Özünü böyük görmək, sərhədsiz uğura can atmaq, öz mənfəəti üçün başqasından istifadə etmək, çox bəyənilmə istəyi, başqasına hörmətsiz davranmaq, qısqanclıq və s. narsist insanların əlamətidir. Narsizm şəxsiyyət pozqunluğudur.

Gözəl geyinərlər və diqqət çəkərlər, insanları alçaltmağı sevərlər, duyğularını xaricə vurmazlar, idarəçiliyin daim özlərində olmasını istəyərlər, əlaqələrini mənfəətləri üçün qurarlar. Narsist insanlar özlərində bir problemin olduğunu qəbul etməzlər.

Narsist insanları fərdi qüsurlarını qəbul etməyə razı salmaq qeyri-mümkündür. Narsist şəxsiyyətin altında paradoksal olaraq dərin bir özünə etibarsızlıq hissi yatar. Narsistin əlamətləri həyat ilə uyğun gəlməz. Nə qədər yüksəyə çıxsalar da daha yüksəkdəkini qısqanarlar, içlərində doyurulmayan bir boşluq olur.

Depressiya ilə qarışdırmamaq lazımdır

Narsistlər “mən narsisistim” deyərək müalicəyə getmirlər. Ümumiyyətlə, depressiyaya görə müraciət edərlər. Həyat boyu sevilmə və bəyənilmə gözləntiləri olduğu üçün tez-tez xəyal qırıqlığı yaşayarlar. Narsizmin müalicəsi olduqca çətindir, çünki bu pozğunluq xronikiləşməyə meyilldir. Müalicədəki məqsəd mənlik hörmətinin qorunmasıdır. Müalicə əsnasında həqiqi mənliyə çatmadan süni mənlik üzərində işləmək nəticə verməyəcək. Həqiqi və süni mənlik üzərində birlikdə işləmək lazımdır.

Narsist insanlara qarşı nə etməliyik?

– Mübahisə edərkən haqlı çıxsanız yüksək ehtimalla sizə hirslənər, kin saxlayarlar. Buna görə mübahisəyə girməyin. Səssiz qalmaq daha yaxşıdır.

– Onlar üçün ətrafdan yaxşı görünmək, etibarlı adam kimi tanınmaq çox əhəmiyyətlidir. Bunun üçün demək istədiyinizi dolayı yolla ”Belə etsən, insanların düşüncəsi necə olar?” kimi suala özünün doğru cavabı tapmasını təmin edin.

– Təmkinli olmaq, hirsi idarə etmək çox önəmlidir. Hirsli davranmadan öncə ona nə qədər dəyər verdiyinizi söyləyərək bu davranışların sizə pis təsir etdiyini söyləyin. İçinizə qapanmayın. Mübahisə zamanı sizin niyə susduğunuzu anlamayaraq daha çox müdafiə etməyə və tənqidə keçə bilər.

– Verdiyi sözlərə etimad etməyin, davranışlarını mükafatlandırın.

– Eyni məqsədi paylaşırsınızsa, ortaq məxrəclər yaradın.

– Onu dəyişdirməyə can atmayın, dəyişmək istəsə də dəyişməsi çox çətindir. Yaşanacaq xəyal qırıqlığına qarşı vəziyyəti qəbul edin və duyğularınızı açıqca, dürüst şəkildə ifadə edin. /TurpKimi.com/

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*