İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi beyinlərinin quruluşunu araşdırıb.
Araşdırmaya görə, beyin hər iki cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib.
Onlar əvvəlcə qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit edib.Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir. Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən beyinlərin sayının az olduğu bildirilib.Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu. Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında qurulduğunu göstərmişdi.Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdi.