- Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram (Mahatma Qandı)
- Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)
- Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)
- Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)
- Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.Qandi)
- Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.Veys)
- Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)
- Amma sonda hamısı eyni işlə məşğuldur. (Sari Qabor)
- Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (Safir Moriç)
- Qadin çox şey istəyir,amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. (Konstantin Melaxin)
- Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq. (Konstantin Melaxin)
- Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. (Sokrat)
- Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)
- Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)
- Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.Lermentov)
- Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəmdə dostdur. (Plutarx)
- Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.Montyeske)
- Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Çin atalar sözü)
- Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Çin atalar sözü)
- Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
- Həyat beşiklə məzar arasında sınaq müddətidir. (O.Balzak)
- Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
- Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
- Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)
- Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)
- Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
- Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Ç.Çaplin)
- Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)
- Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
- Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)
- Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
- Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)
- Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)
- Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
- Faydasız həyat – vaxtsız ölümə bərabərdir. (İ.Höte)
- Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
- Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
- Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)
- Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
- Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)
- İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
- Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)
- Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)
- Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)
- Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)
- Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
- Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)
- Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)
- İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
- Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)
- Həyat avtomobil idarə etmək kimi bir şeydir – nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
- Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (U.Şekspir)
- Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
- Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)
- Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)
- Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)
- Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)
- Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
- Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)
- İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)
- Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)
Ruhumuzu tərbiyyə edəcək aforizm və hikmətli sözlər