Etel Lilian Voyniç – Ovod
0
1209

Etel Lilian Voyniçin “Ovod” romanı yazıçının vətəni İngiltərədən çox-çox uzaqlarda şöhrət qazanmışdır.

“Ovod” indiyədək milyonlarla oxucunu düşündürür və həyəcanlandırırsa, deməli, hələ XIX əsrin axırlarında nəşr edilmiş roman zamanın sınağından şərəflə çıxmışdır. Kimdir Etel Lilian Voyniç? Tanınmış ingilis riyaziyyatçısı Corc Bulun və Meri Butun qızı Etel Lilian 1864-cü il mayın 11 -də İrlandiyanın Kork qraflığının Kork şəhərində anadan olmuşdur. Etel altıaylıq olanda atası vəfat etmiş və ailə Londona köçmüşdü. E.L.Voyniç Berlin Konservatoriyasını bitirmiş və eyni vaxtda Berlin Universitetində slavyanşünaslığa dair mühazirələr dinləmişdi.

Cavanlığında o, Londonda özlərinə sığınacaq tapan siyasi mühacirlərlə yaxınlıq edirdi. Onların arasında polyak mühacirlərə də rast gəlmək olardı. E.L.Voyniç İtaliyadan mühacirət edən inqilabçılarla da yaxından tanış idi. Mühacirlərlə səmimi münasibətləri onun dünyagörüşünün təşəkkül tapmasına böyük təsir göstərmişdi. E.L.Voyniç özünün gələcək əri – polyak inqilabçı Vilfred Mixail Voyniç ilə məhz mühacirlərlə dostluq etdiyi çağlarda rastlaşmış və 1890-cı ildə onunla ailə qurmuşdu. Lakin onların ailə həyatı cemi bir neçə il davam etmişdi.

Yükləmə linki

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*