Əcdadların harayı – Cek London
0
1674

Bak qəzet oxumurdu. Hardan biləydi ki, təkcə onu yox, Pyucet- Saunt körfəzindən San Diyeqoya qədər böyük ərazidə yaşayan güclü və uzun tüklü sahil itlərinin hamısını müdhiş bir təhlükə gözləyir. Arktikanın qütb qaranlığında eşələnən adamlar orada san metal tap­mış, gəmi və nəqliyyat kampaniyaları bu tapıntı barədə aləmə car çək­miş və minlərlə adam Şimala can atmağa başlamışdı. Bu adamlara itlər lazım idi. Elə qüvvətli itlər ki, ağır zəhmətə tab gətirən güclü bədən­ləri və şaxtadan qorunmaq üçün qalın, uzun tükləri olsun.

Bak günəşli Santa-Klara vadisindəki böyük bir evdə yaşayırdı. Oranı “Hakim Millerin malikanəsi” adlandınrdılar. Ev yoldan qıraqda idi və bağ-bağatla əhatə olunmuşdu. Budaqların arasından tənha evi dörd tərəfdən əhatə edən geniş, kölgəli şüşəbənd görünürdü. Budaqları bir-birinə sarınmış qamətli qovaq ağaclarının altındakı geniş çəmən­liyəcən çınqıl döşənmiş cığır uzanırdı. Mülkün arxasındakı ərazi daha geniş idi. Orada yan-yörəsində çoxlu mehtərlər və onların köməkçiləri əlləşən tövlələr, üzümlüklərə baxan nökərlər üçün balaca evlər, nizamla sıralanmış həyətiçi tikililər, göz işlədikcə uzanan yaşıl otlaqlar, meyvə və giləmeyvə, üzüm bağlan vardı. Sonra isə artezian quyusu üçün nasos qurğusu və hakim Millerin oğlanlarının hər səhər üzdükləri və qınmar günortaçağı sərinləndikləri böyük hovuz gəlirdi. Və bu nəhəng mülkü Bak qoruyurdu. O, burada doğulmuş və ömrünün dörd ilini burada keçirmişdi. Əlbəttə, burada başqa itlər da var idi. Belə böyük malika­nədə itlərsiz keçinmək olmazdı. Lakin onları heç kim vecinə almırdı.

İtlər gəlib-gedir, darısqal damlarda məskən salır, mülkün xəlvət yerlərində küskün həyat keçirirdilər; çox nadir hallarda bumunu qapıdan bayıra çıxarıb həyət-bacada gəzən məzlum itlər – yapon mopsu Tuts və tamamilə tüksüz Meksika cinsli İzabel kimi. Bundan başqa, orada iyirmiyə yaxın foksteryer cinsli ov iti yaşayır, pəncərədən onlara baxan Tuts və İzabelə qəzəblə hürürdülər. Hücumun qarşısını ancaq süpürgə və xəkəndazla silahlanmış çoxlu qulluqçu alırdı.

Yükləmə linki

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*