Burnumuzu niyə qurdalayırıq?
0
729

Burun qurdalamaq iyrənc, qeyri-gigiyenik və potensial olaraq zərərlidir, buna görə də bu vərdişin geniş yayılmasının səbəbini anlamaq çətindir.

Çoxumuz bunu edir, amma çox az adam bunu etiraf edir. Əgər bizi bu iş başında tutsalar, utanıb təəssüflənərik. Və görəndə ki, başqaları bunu edir, biz adətən üzümüzü turşuduruq.

Mən əlbəttə, burun dəliklərini barmaqla eşələyərək oradan qalıq çıxarmaq cəhdlərini nəzərdə tuturam.

Görəsən, burnu qurdalamaq həqiqətənmi pisdir? Görəsən, bu vərdiş nə qədər yayılıb və ya nə dərəcədə pisdir? Və niyə (həqiqətən də görəsən, niyə?) hər kəs nə vaxtsa burnundan çıxarılmış qalığın dadına baxmaq qərarına gəlir?

İynə ilə 5 dəqiqəlik burun əməliyyatı?
Burun qurdalanması aktını təsvir etmək üçün istifadə edilən rəsmi tibbi termin “rinotileksomaniyadır”. Bu fenomenin ilk sistematik elmi tədqiqatını 1995-ci ildə ABŞ araşdırmaçıları Thompson və Jefferson həyata keçiriblər.

Onlar Wisconsin ştatının Dane rayonunun 1000 sakininə poçt vasitəsilə sorğu göndəriblər.

Suallara cavab verən 254 nəfərdən 91 faizi burunlarını qurdaladıqlarını etiraf edib. Yalnız 1,2 faiz bunu ən azı hər bir saatdan bir etdiyini deyib. İki respondent etiraf edib ki, burnu qurdalamaq vərdişi gündəlik həyatlarına (orta və ya əhəmiyyətli dərəcədə) təsir edir.

Daha iki nəfərsə bildirib ki, tez-tez burunlarını qurdaladıqlarına görə, sağ və sol burun nahiyələrini bir-birindən ayıran nazik burun çəpərində çuxur əmələ gəlib.

Bu mükəmməl bir araşdırma olmayıb, respondentlərin yalnız dörddə biri suallara cavab verib və onların arasında ola bilsin ki, burun qurdalanmasına şəxsi marağı olanlar daha çox olub.

Bununla belə, bu, ona dəlalət edib ki, bütün mədəni qadağalara baxmayaraq, burun qurdalanması kifayət qədər geniş yayılıb.

Uşaq və yeniyetmələr arasında yayılmış vərdiş

Beş il sonra Hindistanın Banqalor Milli Psixi Sağlamlıq və Nevrologiya İnstitutunun həkimləri Chittaranjan Andrade və BS Srihari burun qurdalanmasını bir az daha dərindən öyrənmək qərarına gəliblər.

Onların qənaətincə, bu vərdiş böyüklərlə müqayisədə daha çox uşaqlar və yeniyetmələr arasında yayılıb. Odur ki, həmin vərdişin nə dərəcədə geniş yayılmasını öyrənmək üçün onlar daha çox əhalinin gənc hissəsi arasında müşahidə aparmaq qərarına gəldilər.

Bundan başqa, Wisconsin tədqiqatının cavablarının müəyyən dərəcədə qərəzli olduğunu nəzərə alaraq, onlar öz sorğunu məktəb siniflərində də keçiriblər.

Onlar Banqalorda dörd məktəbdə sorğu aparıblar.

Həmin məktəblərdən biri aşağı sosial-iqtisadi statusu olan ailələrdən uşaqlara xidmət edib, məktəblərdən ikisi orta sinif təbəqəsindən olan şagirdlərə aid olub, dördüncü məktəb isə daha yüksək gəlir səviyyəsi olan ailələrə aid olub.

Andrade və Srihari 200 yeniyetmədən əldə olunan məlumatları toplayıblar. Demək olar ki, onların hamısı orta hesabla gündə dörd dəfə burunlarını qurdaladıqlarını etiraf edib.

Qızıldan bahalı qoxu

Alınan nəticələr maraqlı olub. Tələbələrin yalnız 7,6 faizi gündə 20-dən çox dəfə burunlarını qurdalayıblar, lakin demək olar ki, 20 faizi düşünüb ki, bu, ciddi bir problemdir.

Onların əksəriyyəti deyib ki, bunu burun nahiyəsini təmizləmək və qaşınmanı azaltmaq üçün edib, lakin onlardan 24 nəfər və ya 12 faiz etiraf edib ki, onlar burunlarını özlərini daha yaxşı hiss etmək üçün qurdalayıb.Və məsələ yalnız barmaqlarda deyildi. Ümumilikdə, 13 tələbə bildirib ki, onlar burunlarını qurdalamaq üçün maqqaşdan istifadə ediblər, 9 nəfər qələmdən istifadə edib. Onlardan doqquzu isə burundan çıxarılan qalıqları yediyini etiraf edib.

Müxtəlif sosial təbəqələrdən olan şagirdlər arasında fərq olmayıb. Burnu qurdalamaq bizim hamımızı birləşdirən bir amildir.Ancaq bəzi gender fərqləri də var.

Oğlanların burun qurdalamaları daha çox ehtimallıdır, qızlar isə daha çox sayda bunu pis bir vərdiş olduğunu düşünürlər. Oğlanlarda statistikaya əsasən, dırnaq gəmirmə (onikofagiya) və saçyolma (trixotillomaniya) kimi pis vərdişlərə daha tez-tez rast gəlinir.

Üzün zədələnməsi
Ancaq burun qurdalamaq elə də zərərsiz bir məşğuliyyət deyil. Bəzi ekstremal hallarda, burun qurdalamaq daha ciddi problemlərlə əlaqəli ola bilər,

Andrade və Srihari bunu tibbi ədəbiyyatı öyrənərkən aşkar ediblər.

Bir halda cərrahlar dəlik əmələ gələnədək qurdalanmış burun arakəsməsinin tam bağlanmasına nail ola bilməmişdilər, çünki pasiyent cərrahiyyə əməliyyatı olunmuş sahənin sağalmasına imkan vermədən burnunu qurdalamaqda davam etmişdi.

Digər bir halda 53 yaşlı bir qadın burnunu xroniki olaraq qurdaladığına görə nəyinki burun arakəsməsində, həm də burnun sinusunda dəlik əmələ gəlmişdi.

Sarımsaq qoxusunun qarşısını necə almaq olar?

Daha bir halda isə, 29 yaşlı kişidə trixotillomaniya (saçyolma) və rinotilleksomaniya (burun qurdalama) halları müşahidə olunmuşdu. Bu səbəbdən onun həkimləri yeni bir termin icad etməyə məcbur olmuşdular: rinotrixotillomaniya.

Onun, burun tüklərinı dartıb çıxarmağı vərdiş etmişdi. O, burnundan həddindən çox tük dartıb çıxaranda burnu iltihab əmələ gəlməyə başlayıb. İltihabı müalicə edəndə isə, burnu tünd qırmızı rəng alıb.

Lakin bu cür hal həmin adamın ürəyincə olub, çünki, burnun rəng tükləri görünməz edib. Həkimlər son nəticədə kişinin burnunu müalicə edə biliblər.

Onlar həmin adamın bu cür halına “aşırı kompulsiv sindrom” adını veriblər.

Burun təhlükə duymaq üçün

Çoxumuz hərdən bir burun qurdalamağı patologiya saymırıq və buna görə özümüzü rahat hiss edirik. Maraqlıdır ki, dırnaqları gəmirmək və burundan tük dartıb çıxarmaq aşırı kompulsiv sindrom əlaməti sayılsa da, rinotilleksomaniya, bir qayda olaraq, belə dəyərləndirilmir.

Amma bu, o demək deyil ki, o, tamamilə təhlükəsizdir. 2006-cı ildə bir qrup hollandiyalı tədqiqatçı burun qurdalanmasının bakterial infeksiyaların yayılmasına şərait yaratdığını aşkar edib.

Onlar müəyyən ediblər ki, qulaq, burun və boğaz klinikalarındakı burun qurdalayan pasiyentlər burunlarını qurdalamayanlara nisbətən daha tez-tez hallarda burunlarında “Staphylococcus aureus” bakteriyalarının daşıyıcılarına çevrilirlər.

Beləliklə, bütün bu riskləri və digər insanlarda iyrənmə hissi oyatmaq riskini nəzərə alanda, “biz bunu niyə edirik?” sualı yaranır.

Bunun heç bir aydın cavabı yoxdur, lakin bu yaxınlarda Tom Stafford yazırdı ki, dırnaqları gəmirmək bəlkə də, insanlarda “təmizləmədən” əmələ gələn məmnuniyyət hissi yaradır. Digər tərəfdən isə, barmaqlarla burun nahiyəsinə hər zaman asanlıqla çatmaq mümkündür.

Və ya bəlkə də burun qurdalamaq yalnız tənbəlliyin bir ifadəsidir. Hər halda burunu təmizləmək üçün barmaqlar həmişə, necə deyərlər, əlçatandır.

Bəzi tədqiqatçılar hələ də burun qurdalamağının səbəblərini və bundan irəli gələn nəticələri başa düşməyə çalışırlar və bunu bilmək çox sevindiricidir.

2001-ci ildə Hindistan tədqiqatçıları Andrade və Srihari əvvəlcə insanları güldürən, sonra isə düşünməyə məcbur edən tədqiqatlara görə Ig Nobel mükafatına nail görülmüşdülər.

Mükafatın təqdimatı mərasimində Andrade bunları deyib: “Bəzi insanlar burunlarını digər insanların işlərinə təpirlər. Mənim isə işim öz işimi başqalarının burnuna təpməkdən ibarət olub”./BBC/

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*