Saatlarla kompüter qabağında əyləşənlər üçün vacib qidalar
0
465

Kompüter qabağında uzun müddət əyləşən hər kəs bilməlidir ki, diqqətini informasiya ilə zəngin kompüterə yönəltmək beyninizin iş fəaliyyətini dəfələrlə artırır. Siz az şey oxusanız belə gözünüzün qabağından keçən bütün informasiyaları beyniniz qəbul edir. Sadəcə həmin informasiyalar sizi maraqlandırmadığı üçün vizual informasiya halına keçmir. Lakin sizi hipnoz halına salsalar, göz önündən keçən informasiya barədə məlumatları verəcəksiniz.

Beyniniz fasiləsiz olaraq ömrü boyu çalışır hətta dərin yuxuda olsanız belə beyniniz böyük həcmdə informasiyanı yaddaş hüceyrələrinə yükləməli olur. Ona görə də beyniniz daima qidalanmalıdır və onun iş fəaliyyəti üçün vacib qida maddələrini almalıdır. Yoxsa yorulduğunuzu hiss edəcəksiniz və dərk etmə qabiliyyətiniz azalacaq, beyniniz sanki tormozlanmış kimi görünəcək.

Bu qida məhsulları rasionunuzda olmalıdır:

  • Qara şokolad
  • Meyvə və giləmeyvələr
  • Badam qozu
  • Qara kişmiş
  • Quru ərik
  • Natural quru xurma
  • Təbii bal
  • Yaşıl çay (çayı təbii balla, şokoladla və yaxud quru meyvələrlə qəbul edə bilərsiniz).

Bu məhsullardan hər zaman istifadə edin. Yəni bu məhsullar masanızın üstündə olmalıdır. Vaxtaşırı istifadə edin ki, beyniniz aktiv olsun. Bu qidalar uzun müddət kompüter qabağında əyləşənlər üçün bir çıxış yoludur.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*