Mütləq izləməli olduğunuz 10 Yeni il filmi
0
627

 

1. It’s a Wonderful Life

Hər yeni il ekranda gördüyümüz klassik bir film – “It’s a Wonderful Life”. 1946 – cı il istehsalı olan bu film Yeni il gecəsi intihar etməyi düşünən bir adamın hekayəsindən bəhs edir. Yerə enən bir mələk iflasın astanasında olan iş adamına əgər həyatda olmasaydı dünyanın necə dəyişəcəyini göstərir.

 

2. When Harry Met Sally

90 – cı illərin romantik komediya janrında çəkilmiş “When Harry Met Sally” filmi universitetdən məzun olduqları gün bir səfərdə tanış olan Harry və Sally – nin hekayəsini ekrana gətirir. Billy Crystal və Meg Rayanın (Meg Ryan) baş rolları ifa etdiyi bu film yeni il əhval-ruhiyyəsini qüsursuz bir şəkildə əks etdirir.

 

3. Home Alone 2: Lost in New York

Makaley Kalkinin (Macaulay Culkin) baş rolu ifa etdiyi 90 – cı illərin əfsanəvi film silsiləsi Evdə Tək (Home Alone), ailəsi istirahətə gedərkən evdə tək başına qalan bir uşağın başına gələn macəraları nəql edir.

Qeyd: Evdə tək filminin ikinci hissəsi olan “Evdə Tək 2: Nyu-York sərgüzəştləri”-ni izləyərkən otel səhnəsində Donald Tramp sürprizi ilə qarşılaşa bilərsiniz!

 

4. Edward Scissorhands

90 – cı illərin sevgi rəmzi olan cütlük Conni Depp (Johnny Depp) və Vaynona Rayder (Winona Ryder) usta rejissor Tim Burtonun məşhur “Edward Scissorhands” filmində bir araya gəlirlər. Film, ixtiraçısının qəfil ölümü ilə qayçıdan olan əlləri ilə yarımçıq qalan Edward – ın bir Avon xanımının köməyi ilə qaranlıq qəsrini tərk edib klassik bir Amerika qəsəbəsindəki yeni həyatını əks etdirir.

 

5. Bridget Jones’s Diary

Bu film sonluğundakı unudulmaz səhnə ilə yeni il dedikdə ilk ağla gələn filmlərdən biridir deyə bilərik. Bridget rolunda Oskar mükafatı almış Renéé Zellweger-in, Daniel Cleaver rolundakı Hugh Grant və Mark Darcy rolundakı Colin Firth-in arasındakı qarışıq sevgi üçbucağını yumoristik tərzdə izləyicilərə çatdıran bu film ümidsiz romantiklərin mütləq izləməli olduğu bir filmdir!

 

6. Love Actually

Başqa bir ingilis istehsalı romantik komediya janrında film – “Gerçək Sevgi”. 8 cütlüyün hekayəsini fərqli pəncərələrdən əks etdirən bu film, sizi Yeni il möcüzəsinə inandıracaq müasir bir nağıldır.

 

7. The Family Stone

Xüsusi günlərdə bir araya gələn çox üzvlü bu Amerikalı ailə tamaşaçılara əyləncəli bir dram vəd edir. Dayan Kiton (Diane Keaton), Reyçel Makadams (Rachel McAdams), Sara Cessika Parker (Sarah Jessica Parker) kimi Hollivud məşhurlarını görüşdürən bu filmdə, sevinc, kədər, xoşbəxtlik və daha bir neçə duyğunu eyni anda yaşayacaqsınız.

 

8. The Holiday

İki qadın, iki fərqli ölkə və qarışıq münasibətlər. Kameron Diaz (Cameron Diaz), Cud Lou (Jude Law), Keyt Vinslet (Kate Winslet) və Jack Black kimi simaların baş rolunda olduğu film sevgi həyatları səbəbilə özünü xoşbəxt hiss etməyən iki qadının Yeni il tətili üçün İngiltərənin kiçik bir qəsəbəsində və Los-Ancelesdə yerləşən evlərini dəyişdirməsi ilə başlayır.

 

9. Elf

Yeni il axşamı doyunca gülmək istəyirsinizsə, “Elf” sizin üçün ən ideal seçimdir. Əsl ailəsini axtarmaq üçün Şimal Qütbündən Nyu Yorka gələn Buddy-nin macəralarını izləyəcəyiniz bu filmdə baş rolun ifaçısı komediya ustası Will Ferrell sizi yenə də güldürməyə nail olacaq.

 

10. New Year’s Eve

Robert De Niro, Zak Efron (Zac Efron), Mişel Pfayfer (Michelle Pheiffer), Eşton Kutçer (Ashton Kutcher) və daha bir çox tanınmış simaya rast gələcəyiniz bu film hər kəsin zövqünə uyğun yeni il filmidir. İlin son gecəsində Nyu Yorkda yaşanılan bir çox fərqli əhvalatı ekrana gətirən filmdə yeni ilin ilk dəqiqəsini birlikdə keçirəcəyin insanın nə üçün bu qədər əhəmiyyətli olması ən yaxşı şəkildə göstərilir.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*