“İnsan” haqqında
0
1412

Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. (Əbu Turxan)

Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. (Əbu Turxan)

Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. (Sokrat)

Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır. (Əbu Turxan)

Biz elə bir məxluqlarıq ki,

bəzən mələklər insan olmadıqlarına görə üzülür,

bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. (Cəlaləddin Rumi)

Bizi təbiətlə doğmalaşdıran ilkin təbii başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini göstərməklə aramızda ruhani bir bağlantı da olduğunu yada salır. (Əbu Turxan)

Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. (Uilyam Şekspir)

 

Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. (Əbu Turxan)

Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. (Tur Xander)

Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır. (Cəlaləddin Rumi)

Ən sərt adamın da içində bir uşaq yatır. (Əbu Turxan)

Fizikada olduğu kimi, psixologiyada da bizi əvvəlki zəminimizə bağlayan cazibə qanunu var. (Anatol Frans)

Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək. (Corc Bernard Şou)

Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. (Cəmil Meriç)

Hamı üçün açıq olan qəlbdə darısqallıq olar. (Əbu Turxan)

Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. (Aleksandr Pop)

Heç kimi sevməyəni sevməzlər. (Demokrit)

Həqiqi böyüklük Özünə hakim olmaqdir (Daniel Defo)

Hər bir insan öz sevgisi qədərdir. (Əbu Turxan)

Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır. (Əbu Turxan)

İnsan cismən məhdud olsa da, mənən tükənməzdir. (Əbu Turxan)

İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz. (Georq Vilhelm Fridrix Hegel)

İnsan hər an özünü yenidən yaradır. (Əbu Turxan)

İnsan iki hissədən -maddi aləmə aid olan cisimdən mücərrəd və nurani aləmə məxsus olan ruhdan tərkib tapmışdır. Buna görə də mümkün olan ən son vücud mərtəbəsinə qədər yüksələ bilir. İnsanın ruhu mücərrəd aləmə məxsus olduğundan maddi aləmdə hər cür təsir qoyma iqtidarına malikdir. (Rövşən Abdullaoğlu)

İnsan kərpic kimidir; yanaraq bərkiyir. (Corc Bernard Şou)

İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır.

Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. (Əbu Turxan)

İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır. (Rabindranat Taqor)

İnsan özünü ancaq fəlsəfə tərəzisində ölçə bilər. (Əbu Turxan)

İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir;

insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən;

insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır;

insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. (Əbu Turxan)

İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. (Əbu Turxan)

İnsan yarımçıqdır;

onun digər yarısı bütün yerdə qalan dünyadır. (Əbu Turxan)

İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir. (Feyxtvanqer)

İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. (Nizami Gəncəvi)

İnsanı tanımaq üçün onu sevmək lazımdır. (Lüdviq Feyerbax)

İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan. (C.Dreper)

İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. (Əbu Turxan)

İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir. (Cəlaləddin Rumi)

İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür. (Əbu Turxan)

İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir. (Cəmil Meriç)

İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. (Corc Bernard Şou)

Məndən uzaqlaşdıqca dünya genişlənir və genişləndikcə yadlaşır. (Əbu Turxan)

Nura qovuşa bilməyənlərin qisməti nardır. (Əbu Turxan)

Odu sevənlər müxtəlif olur;

kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə;

kimi öz canını oda yaxmaq üçün, kimi başqalarını yandırmaq üçün. (Əbu Turxan)

Oxunacaq ən böyük kitab insandır. (Hacı Bəktaş Vəli)

Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər. (Əbu Turxan)

Özünü tanımaq heç də hamıya sərf etmir. (Əbu Turxan)

Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar. (Əbu Turxan)

Qapımıza deyil, qəlbimizə vuran buyursun! (Şəms Təbrizi)

Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın. (Əbu Turxan)

Sakit görünən dənizin təlatümü dərin qatdadır. (Əbu Turxan)

Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. (Əbu Turxan)

Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. (Onore de Balzak)

Şüurlu varlıq olduğu üçün insan yer üzünün əşrəfi sayılır. Göy üzünə isə o yalnız şüurundan azad olarkən yüksələ bilər. (Əbu Turxan)

Taleyiniz xarakterinizdədir. (R.Akutaqava)

Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır. (Tur Xander)

Təbiətinə görə insanlar bir-birinə yaxın,

vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. (Konfutsi)

Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. (İohann Volfqanq Göte)

Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. (V.O. Klüçevski)

Yolların ən mübarəki insanı özünə çatdıran yoldur. (Əbu Turxan)

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*