Futbola baxan kişilərə pis xəbər
0
1137

2006-cı ildə keçirilən futbol üzrə dünya çempionatının azarkeşlərə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, oyun zamanı kişilərdə ürək tutmalarının sayı üç dəfə artır. Alimlər bu halı 4 min nəfər azarkeş üzərində apardıqları uzunmüddətli tədqiqatlar zamanı müşahidə ediblər. Sonuncu tədqiqat zamanı azarkeşlərin tamaşa etdikləri çempionatın yeddi oyununun altısında ürək tutmalarının çoxalması müşahidə olunub.

Münhen alimlərinin fikrincə, futbola baxmaq ürək xəstəliklərini artırır. Oyuna baxarkən yaranan stress ürək ritminin artmasına gətirib çıxarır ki, bunun da nəticəsində infarkt baş verir. Tədqiqatçılar həkimlərə futbol həvəskarı olan pasientlərinə dərmanların dozasını artırmağı məsləhət görürlər.

Bu sorğu ilə terapevt Nahid Məhərrəmova müraciət etdik.

O bildirdi ki, adətən arterial təzyiqi yüksək olan insanlarda ürək xəstəlikləri mövcud olur:“Çünki arterial təzyiqlə yaşayan insanlarda zamanla ürək problemi ortaya çıxır.Həmçinin arterial təzyiqin yüksək olması ürəkdə tıxanıqlıqlar yaradır. Və bu da xolesterin problemindən dolayı meydana gəlir. Ürək patologiyası olan bir insan tək hansısa, oyuna azarkeşlik etməklə deyil, möhkəm qışqırarsa, həyəcanlanırsa, adrenalin yaşayarsa, arterial təzyiq qalxır və təkcə ürək xəstəliyi (infarkt) deyil, həm də işemiyaya, insulta gətirib çıxara bilər. Arterial təzyiqli insan dərman içib azarkeşlik edərsə, oyunun adrenalini nəticəsindən həyatını itirə bilər”.

Bax belə, futbolun gözəlliyindən həzz almaq yaxşıdır, o şərtlə ki, sağlamlığınızın qapısına 11 metrəlik zərbə “vurulmasın”.

Tahirə Əlirzayeva

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*