1. Həyatda heç vaxt heç kimi tənqid və mühakimə etməyin. Heç nədən şikayətlənməyin.
2. Sizin həmsöhbətiniz bəlkə də haqlı deyil. Amma əgər o özünü haqlı sayırsa, onu buna görə qınamayın.
3. Özünüzü qarşınızdakı insanın yerinə qoyun və bu yolla ona nəyin lazım olduğunu müəyyənləşdirməyə çalışın.
4. Kimsə öz məqsədləri naminə sizdən yararlanmağa çalışırsa, həmin insanı ümumiyyətlə öz tanışlarınız sırasından çıxarın.
5. Əgər tale sizə limon bəxş edərsə, siz də ondan limonad hazırlamağı öyrənin.
6. Hər zaman nəsə bir fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir.
7. Xoşbəxt deyilsizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda həqiqətən də xoşbəxt birinə çevriləcəksiniz.
8. Əgər həyatda həqiqi xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman nankorluq hissi haqqında düşünməyin. Fədakarlığın bəxş etdiyi mənəvi sevincə təslim olun.
9. Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz.
10. Xoşunuza gəlməyən insanlar barədə heç vaxt düşünməyin.
Deyl Karnegidən 10 məsləhət