Oşodan seçmə aforizmlər
0
1145

Sən cavabları əzbərləyirsən, amma həyat heç vaxt eyni sualı təkrarlamır.

Unutma! Nə zaman ki, seçim qarşısında qalsan, o zaman bilinməyəni, riskli, təhlükəli və güvənsiz olanını seç. Onda heç vaxt ziyan görməzsən.

Sev və daha artıq sev, acı çək və daha artıq acı çək, bütövlükdə sev və bütövlükdə acı çək. Çünki saf olmayan qızıl belə bu yolla atəşdən keçərək saf qızıla çevrilir.

Birinin səhvi ucbatından özünü cəzalandırmaq axmaqca bir addımdır.

Bugün, mövcud olan hər şeydir; indi sənin var olduğun, hər zaman var olacağın yeganə zamandır. Yaşamaq istəyirsənsə ya indi olacaq, ya da heç vaxt olmayacaq.

Eqo bir buz dağıdır. Onu ərit. Onu dərin bir sevginin içində ərit, beləliklə o yox olsun və sən, okeanın parçası halına gəl.

Əgər cəsur deyilsənsə səmimi ola bilmərsən. Əgər cəsur deyilsənsə sevə bilmərsən. Əgər cəsur deyilsə güvənə bilmərsən.

Əgər cəsur deyilsənsə, həqiqətin ardınca gedə bilmərsən. Bu səbəbdən ilk əvvəl cəsarət gələr və digərləri onu izləyər.

Hər zaman nə varsa onu gör. Tələsmə. Bir şeyi yanlış anlamaqdansa anlamamaq daha məqbuldur.

Həyat kiçik şeylərdən formalaşar. Əgər sən sevərsənsə onlar böyük olarlar.

Unutma, beyin bir qul olaraq çox yaxşı bir quldur. Çox işinə yarayar. Amma bir sahib olaraq təhlükəlidir və bütün həyatını zəhərlər.

Nə fərqi var kim güclü, kim ağıllı, kim gözəl, kim varlıdır? Nəticə etibarı ilə önəmli olan insan xoşbəxtdirmi ya yox.

Xoşbəxtlik sizin olduğunuz yerdədir, siz haradasınızsa xoşbəxtlikdə oradadır. O, sizi əhatə edir və o, təbii məfhumdur. O, hava kimi, səma kimidir.

Qəlbi ilə bağlantısını itirmiş insana təcrübəli deyilir.

Məndən də başqaları kimi istifadə etmək istəyirdilər, ancaq öncədən özüm üçün kəşf etdim ki, məni cənnətə itələsələr belə razı olmayacam. Öz istəyimlə cəhənnəmə getməyə belə razıyam. Ən azından bu mənim seçimimdir.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*