2020-ci ilin ən çox gözlənilən filmləri hansılardır?
0
488

“IMDb” kinoresursu 2020-ci ilin ən gözlənilən filmlərinin siyahısını açıqlayıb

Siyahıda ilk yerdə Yeti Yanın “Yırtıcı quşlar” filmi yerləşib. Əsərdə superqəhrəmanlar cinayatkarların lideri Qara Maskaya qarşı mübarizə aparır. Baş rolları Marqo Robbi, Cerni Smollet-Bell, Meri Elizabet Uinsted, Rozi Peres, Ella Cey Basko, Yuen Makqreqor və Kris Messina bölüşür.

Ən gözlənilən ikinci film Ceff Faulerin “Sonic the Hedgehog” videooyununa əsaslanan “Sonik kinoda” əsəridir. Lentdə Ceyms Marsden və Cim Kerri iştirak edib, “kirpi Sonik”i isə Ben Şvarts səsləndirib.

Üçlüyü Cozef Kosinskinin “Ən yaxşı atıcı” filminin davamı kimi “Top Qan: Meverik” döyüş filmi bağlayıb. Burdakı hadisələr birinci filmdən 34 il sonra baş verənləri göstərir. Filmdə Tom Kruz, Maylz Teller, Vel Kilmer və başqaları iştirak edir.

Bundan başqa, ən çox gözlənilən filmlər siyahısında ilk onluğa Keri Fukunaqinin “Ölmək vaxtı deyil”, Keyt Şortlandın “Qara dul”, Niki Karonun “Mulan”, Petti Cenkinsin “Möcüzə-qadın: 1984”, Deni Vinevin “Dyuna”, Mettyu Vonun “King’s Man: Başlanğıc” və Castin Linin “Forsaj-9” filmləri daxil olub./banco.az/

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*