Niyə istifadə etmədiyimiz geyimləri alırıq?
0
848

Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mövcudluğunu davam etdirir.

Amerikalı psixoloq Kit Yarrou nəyə görə impulsiv, yəni düşünülməmiş alış-veriş etdiyimizi izah edir və bununla necə mübarizə aparmalı olduğumuzu izah edir.

Çatışmazlıqları görməməzlikdən gəlirik

Alış-veriş prosesinin əksəriyyəti böyük endirimlər səbəbindən edilir. Bu faktdır. Əgər hər hansı bir mağazada endirim varsa, böyük ehtimalla istehlakçılar hətta onlara elə də lazım olmayan əşyaları alacaqlar. Burada bəzi hisslər şüuraltımızdan qaynaqlanır. Aşağı qiymət səbəbindən bu və ya digər geyimin çatışmayan cəhətlərini görməməzlikdən gəlirik.

Təxəyyül zamanı

Yeniliklər arxasınca mağazalara səfərimiz çox vaxt gələcək haqqında şəxsi fantaziyalarımız ilə müşahidə edilir. Biz geyimləri yoxlayır və özümüzü onlarda müxtəlif tədbirlərdə, hətta qızğın müzakirələrin iştirakçısı kimi təsəvvür edirik. Əgər yaratdığımız obrazı bəyəniriksə, mütləq olaraq həmin geyimi əldə edirik. Promlem ondadır ki, beynimizdə canlandırdığımız vəziyyətlər əslində real həyatımızdan qat-qat uzaq ola bilər. Nəticədə, yeni aldığınız şalvar və yaxud libas heç işinizə yaramaya bilər. Adətən gələn mövsüm ölçüsü bizə dar olan geyimləri bu səbəbdən alırıq.

Sevimli əşya

Əksər hallarda impulsiv alış-verişlərin əsas səbəbi bu və ya digər əşyanı çox sevməyimiz faktıdır. Məsələn, bir xanım ürəyincə olan bir geyimlə qarşılaşır və onu alır. Daha sonradan isə onu geymir. Çünki ya onun cırılmasından qorxur, ya da heç vaxt baş tutmamaq ehtimalı olan xüsusi bir hal üçün saxlayır. Bundan əlavə, bir çox insanlar etiraf edirlər ki, bəyəndikləri əşyanın iki və yaxud daha çoxunu alırlar. Hər ehtimal üçün…

Pis əhval

İnsanların pis əhval-ruhiyyəyə sahib olduqda alış-verişə üz tutması nadir hal deyil. Bu zaman şkafınızda normal vəziyyətdə yaxın belə durmayacağınız əşya və geyimlər peyda olmağa başlayır. Əgər bu artıq baş veribsə, gec olmadan onu mağazaya qaytarmağa çalışın. Hər hansı bir əşyanı alarkən qəlbinizin dərinliyində bu əşyaya ehtiyac duymadığınızı hiss edirsinizsə, mütləq olaraq satıcıdan və yaxud satış məsləhətçisindən mağazada məhsulların geri qaytarılması şərtləri ilə maraqlanın.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*