Qadınların izləməli olduğu 12 film
0
1030

Bəzi filmlər bizi uzun müddət düşündürür. Digərlərini isə, sadəcə izləyirik və müəyyən müddətdən sonra unuduruq. Bəzi filmlər zərif cins nümayəndələri tərəfindən daha çox bəyənilir, amma bu filmlərin heç də hamısı sevgi haqqında deyil. Qadınların özləri kimi bu filmlər də çoxşaxəli və gözlənilməzdir.

Bunu unutmayın – bəzən düzgün zamanda izlənən filmin məzmunu sizin həyatınızı dəyişə bilər.

1. La Vie en Rose

Film məşhur fransız mügənnisi Edith Piafın həyatından bəhs edir. Filmdə onun uşaqlığından ölümünə qədər olan müddətdə uğurları, şəxsi həyatındakı çöküşləri və xəyal qırıqlıqları yer almışdır. Hadisələr Parisdə cərəyan edir. Filmdə biz şəhərin işıqlarının ancaq oranı tanımayanlar üçün gözəl və romantik olduğunu görürük.

 

2. G.I. Jane

Hər hansı qarışıq və döyüş səhnələri olmayan bir film. İnsanın həqiqi gücünü göstərən filmlərdən biri və mükəmməli.

 

3. Mona Lisa Smile

Bu film ləyaqət, cəsarət və məqsədi möhkəmləndirmək dəyərlərini sizə öyrədəcək. Müharibədən sonrakı dövrdə qızlar kollecində müəllim işləyən Katherine Ann, ancaq qəsəbə sakinləri çox mühafizəkardırlar. Katherine qızların həyata baxışını dəyişmək üçün çalışır.

 

4. Million Dollar Baby

Frankie adlı məşqçi artıq yaşlanıb, ancaq ayaqları üstündə durmağı bacarır. Bütün həyatını boks rinqlərində döyüşmək üçün döyüşçülər yetişdirən çox təcrübəli məşqçidir. Öyrətdiyi boksçuların hər birinə “Hər zaman hər şeydən öncə özünü qorumalısan” deyir. Yaşına və həyatında yaşadığı problemlərə görə məşqlərdən uzaqlaşmışdır. Ancaq bir gün boks salonuna Maggie adlı bir qadın gəlir və Frankie bildiyi hər şeyi bu qadına öyrədir. 4 nominasiya üzrə Oscar alan bu filmə baxmamaq üçün səbəb yoxdur.

 

5. The Devil Wears Prada

Birmənalı şəkildə, moda dünyası gözəldir. J Ancaq bununla yanaşı, qəddarlıqları da var. Hətta ən kiçik uğursuzluq belə onun zirvəsindən ən aşağı düşürə bilər. Film digər komedik-dram filmlərinə bənzəsə də, onlardan daha maraqlıdır.

 

6. Revolutionary Road

Film XX əsrdə ABŞ-da yaşayan bir ailə və uşaqlarının həyatı haqqındadır. Evdən qurtulmaq üçün Parisə qaça bilərsiniz, ancaq bu siz düşündüyünüz qədər sadə olmayacaq. Siz əhatənizi dəyişə bilərsiniz, amma heç vaxt özünüzdən qaça bilməzsiniz. Və harada olursunuzsa, olun içinizdəki boşluğu hiss edəcəksiniz. Leonardo DiCaprionun baş rol aldığı bu filmi izləmək əsla vaxt itkisi sayılmaz.

 

7. The Queen

Stephen Frears-ın rejissorluq etdiyi filmdə Şahzadə Diananın ölümü ilə Britaniya kral ailəsinin həyatındakı çətin dövr təsvir olunmuşdur. Filmdə eyni zamanda Kraliça II Elizabeth və prezident Tony Blair-in xalqın özünə gəlməsi üçün atdığı addımlardan və xalqın liderlərlərindən dəstək görməsindən bəhs olunur. “Bir tac daşıyan baş hüzursuzdur…”

 

8. Frida

yaşında Frida ağır avtoqəza keçirir. Qəzadan aldığı travmalar, onun həyatının sonuna kimi əziyyət verir. Xəstəxanada onun müalicəsinin ilkin mərhələsi Kai qardaşlarının yaratdığı dəhşət çərçivəsində, animasiya kimi göstərilir. Atası ağrıların bir az azalması üçün Fridaya şəkil çəkməyə kətan gətirir. Frida tərpənmək imkanı olmadığı üçün, xəstəxana yatağında uzanaraq şəkil çəkir. Bu filmdə həmçinin Fridanın həyat yoldaşı ilə (Diego Rivera) əlaqələri göstərilir, onun başqa qadınlarla xəyanəti Fridada ərinə qarşı qəzəb hissi yaradır. “Frida” yalnız möcüzəvi bir sənətçinin hekayəsi deyil, eyni zamanda sevgisi və ailəsi hər şeydən vacib olan qadının həyatıdır. İki Oscar almış bu film sizə çox şey öyrədəcəkdir. Onu da qeyd edək ki, filmin soundtrackləri də olduqca möhtəşəmdir.

 

9. Eat Pray Love

Filmdə həyatı anlamaq və ona rəng qatmaq istəyən macəra sevən qadının həyatından bəhs olunur. Adı “İ” hərfi ilə başlayan ölkələrə səyahət edən qadının yaşadıqları sizdə də həyəcan yaradacaq. Bu film özünüdərketmə mövzusunda mükəmməldir.

 

10. Elizabeth: The Golden Age

Kraliçanın çətin həyatından bəhs edən bir film daha, ancaq burada tarix və monarxiya haqqında məlumatlar daha azdır. Elizabethin şəxsi həyatının daha qabarıq ekranlaşdırıldığı film özündə ehtirası, xəyanəti, macəranı və əzəməti əks etdirir.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın