Uşaq niyə sözə baxmır?
0
668

Sözə baxan uşaq odur ki, onunla geyim üstündə müzakirə aparılmasın; rahatlıqla gəzintiyə, mağazaya gedib, şokalad və ya oyuncaq olmadan qayıtmaq olur; onunla diş fırçalama, oyuncaq yığmaq, zamanında yatma üstündə mübahisə edilmir.

Baxmayaraq ki, təsvir edilmiş tipdə uşaqlar çox nadir hallarda tapılır, lakin biz öz uşağımız ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşdıra və ümumi dil taparaq, onu sözümüzə baxmağı öyrədə bilərik. Necə? Biz, nəyi səhv edirik?

Uşağı hazır olmadığı məsuliyyətə cəlb edirik

Biz dörd yaşlı uşaqdan dərhal yelləncəkdən düşməyini tələb etdikdə, nəzərə almırıq ki, o buna heç sevinməyə bilər. Uşaqlarda anlayışlı düşüncələr (yelləncək yaxşıdır; heyf düşmək lazımdır; həm də anamı qanını qaraltmaq istəmirəm) 5-7 yaşdan tez olmayaraq yaranır. Hələlik isə siz, sadəcə, bərkdən “Yooox! Heç vaxt!” kimi sözlər eşidə bilirsiz.

Nəzərə almaq lazımdır ki, uşaq beyini hələ kifayət qədər inkişaf etməyib, ona görə də o, zamanı hələ hesablaya bilmir və əlindən xoşladığı əşyanı aldıqda, anlaşılmaz vəziyyətə düşərək, hisslərini bacardığı kimi qışqıraraq və ya ağlayaraq göstərməyə çalışır. Yelləncəyə getmədən əvvəl, evdə qaydalarınız barədə izahlı danışın. Anidən düşürmək əvəzinə, son 5 dəqiqə müddət də əlavə edə bilərsiz. 5 dəqiqə müddət uşaqlar üçün uzun bir zaman bərabərdir.

Həddən artıq təzyiq edirik

Daha çox təzyiq, daha çox müqavimət: “Dedim, telefonu qoy”. Bu vəziyyətdə onu qoymaq, sadəcə məğlubiyyətdir. Belə hallardan yayınmağın başqa çıxış yolunu axtarın. Hardasa başqa təklif vermək, hardasa öz əzmkarlığınızı azaltmaq, haradasa vəziyyəti oyuna çevirmək olar. “Əsgər təslim ol! Bütün arsenalı ver, sən əsir götürüldün!”.

Uşağın diqqətini cəlb etmirik

Əgər siz uşağın oyuncağı sındırmamasını istəyirsinizsə, sadəcə ona bunu gözlərinin içinə baxaraq deyin. Uşağınızla üz-üzə oturub, gözlərinə baxaraq, istədiyinizi sakit və aydın deyirsiz. Bu yolla əmin olun ki, uşaq sizi mütləq dinləyəcək.

“Alfa – mövqeyi”ni formalaşdırırıq

“Alfa mövqeyi” əsas mövqedir. Normalda, əlbəttə ki, dominant mövqe valideynlərə aiddir; qərarları siz verirsiniz, siz qayğı göstərirsiniz, siz hər şeyi daha yaxşı bilirsiniz. Ancaq birdən uşağınız anlayır ki, yalnız sizin yanınızda təhlükəsizdir və sizdən asılıdır, bu zaman o, öz nəzarət sistemi – “alfa mövqeyi”ni işə salır. O, artıq məsuliyyəti üzərinə götürür, müstəqil qərarlar qəbul edərək, nəzarətdən çıxır. Bu mövqe, çox erkən yaşda müstəqilliyə ehtiyac duyulan uşaqlarda yarana bilir. Yəqin ki, uşağın ayaqqabılarını sərbəst geyinməsi, sərbəst yemək yeməsi çox rahatdır. Onu bu işlərdə sərbəst buraxın amma əgər uşaq ayyaqabının ipini bağlamağa kömək istəyirsə, ona mütləq sevinərək kömək edin. O, sərbəst olduğunu və hər zaman çətin anda dayağı olduğunu, hiss etməlidir.

Qorxudaraq, təhdid edirək uşağı özümüzdən soyuduruq

Soyuqluq – uşağın sizinlə yaxınlıq etməməsi istəyidir. Belə yolla uşaq, təhdid, təqsir, qorxu, onu incidəcək hadisədən qorunur. Çətin ki, kimsə qaranlıq otaqda uşağı saxlayaraq cəzalandırır, amma bir çox valideynlər dəhşətli təhdidlə uşaqları manipulyasiya edirlər: “İndi ana inciyəcək və həmişəlik gedəcək!”, “Qulaq asmayacaqsan, polis səni aparacaq!”, “Get buradan, qoy gözlərim səni görməsin!”. Bütün bu cümlələr, belə təəssürat yarada bilər ki, sizə öyrəşmək olmaz, siz onu qoruya bilməyəcəksiz. Uşağınızla dost olun. Çalışın onu yaralamayasız, uşaq soyuqluqdan çıxandan sonra görəcəksiz ki, o necədə sözə baxan uşaqdır.

Kaprizləri ilə tələbatı arasında fərq görmürük

Yemək və yuxu ehtiyacları uşağın əsas ehtiyacları, qalanları isə boş şey hesab olunur. Amma bu məsələdə qarışıqlıq, işi çox çətinləşdirə bilər. Uşaqların həqiqətən mühüm tələbatları var. Onlardan ən mühümü böyüklərlə daim yaxın əlaqədə olmaq; ehtiyac hissi; mənsubluq hissi; məhəbbət; bəzi davranış uyğunsuzluğuna baxmayaraq, qəbul olma və başa düşmə hissləridir. Bu bir tələbatdır. Olduğu kimi qəbul edilib, sevilən uşaq davranışları daha aydın və anlaşılan olur.

Standart reaksiya veririk

Sovet uşaqları daim günahkarlıq və utanclıq təzyiqi altında tərbiyə almışdırlar.

Bütün sovet ideologiyası, köhnə modeli yeni sərtləşmiş, güclü bir insana çevirməklə məşqul olurdu. Hətta indi məsuliyyətli, ciddi nənə və babalarımızın ifadələrinə fikir versək, eşidərik: “Belə olmaz!”, “Ayıb olsun”. Hər tərəf qorxu və həyacanla əhatə olunmuşdu. Çərçivədən kənara çıxmaq – düşünülməmiş hərəkət idi. İndi məqsədlər fərqlidir, lakin reaksiyalar hələ də 65-ci ildəki yerdədir.

Biz, müasir psixologiya sayəsində unikal şəxsi keyfiyyətli, bilikli, sərbəst və özünə inamlı insanları böyütməyə çalışırıq. Lakin, biz tez-tez narazılığımızı göstərməklə, uşağın bizim üçün kifayət qədər yaxşı olmadığını nümayiş etdiririk. Hər dəfə standart bir şey reaksiya göstərdiyimiz zaman, özünüzdən soruşmalısınız ki, uşağınızla əlaqə mexanizmində bir şey pisləşməyəcəkmi?! Siz uşağınızla dost ola biləcəksizmi?! Onun sizlə hər şeyi bölüşməsinə, şərait yaradırsızmı?

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın